Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Müstəqil.Az Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Sabunçu qəsəbəsində Nazim Vəliyev həyat yoldaşı Tünzalə Vəliyeva ilə mübahisə edib.
Ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qadın həyat yoldaşını baltalayıb. Xəsarət alan Nazim Vəliyev ölüb.
Cinayəti törədən qadın polis əməkdaşları tərəfindən yaxalanıb.
Məlum olub ki, qətl hadisəsi törədilən zaman Nazim Vəliyev sərxoş olub. Fəhlə işləyən Nazim Vəliyev oktyabrın 7-də axşam evə sərxoş gəlib, arvadını döyüb.
Bu zaman həyətdən balta götürən qadın evə gəlib və divanda uzanan sərxoş ərinin baş nahiyəsinə bir neçə zərbə vurub.
Onların birgə nikahından iki övladı var.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Müstəqil.Az