Saçlar niyə tökülür? – ARAŞDIRMA

Saçlar hər kəsin, xüsusilə də qadınların daha çox həssasla yanaşdıqları hissədir. Gözəl və gur saçlar bəzən anidən seyrəlməyə başlayır. Səbəbini aşkar etmək isə bir az zaman alır.

 
Bəs saçlar nə üçün tökülür?
Medicina.az məsələ ilə bağlı mütəxəssislərin araşdırmasını təqdim edir:
Bir neçə faktor saç diblərinin zəifləməsinə səbəb olur.
 
Hamiləlik zamanı – Prenatal vitaminlər və həkimin daimi nəzarətində olaraq bu dövrdə saç tökülməsi və bunun kimi digər problemlərin qarşısı alina bilər.
 
Genetika – Bu kişilərdə lokal,qadınlarda isə başın hər tərəfində eyni bərabərdə saç tökülməsinə və seyrəlməyə səbəb olur.
 
Hormonlar – Orqanizmdə ani dəyişikliklər olduqda ilk şübhə doğuran hormonlardır. Saçların tökülməsi ilə yanaşı əvvəllər mövcud olmayan yerlərdə tüklənmənin olması halları da müşahidə olunur.
 
Saç stili və baxımı – Saçları daima gərgin şəkildə toplamaq və ya hörmək, isti maşalar və fenlərlə qaydaya salmaq, az daramaq və az yumaq saçların zəifləyərək tökülməsinə səbəb olur.
Travma – Doğuş, infarkt, maşın qəzası və s. zamanlar nəzərdə tutulur. Travmanın səbəb olduğu stress səbəbilə yaranan saç tökülməsinə Telegenic Effluvioum deyilir. Səbəb olan hadisədən 2,3 ay sonra ortaya çıxır.

Share: