Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu

Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Yeni təyinatların olduğu təhsil müəssisələrindən biri olan Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova direktor təyin olunub.

Belə ki, bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin sabiq direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri edilmişdi.

Baş verən hadisəyə görə 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova və Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilmişdi.

Fotoda Yeganə Əsgərova


Share: