“Sağlam ailə -sağlam genofondun təminatıdır” adlı layihə çərçivəsində tədbirlər keçirilib

“Sağlam ailə -sağlam genofondun təminatıdır” adlı layihə çərçivəsində tədbirlər keçirilib

Keçirilən tədbirlərdə “Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihənin mövzusunun aktuallığı və erkən uşaqlıq dövründə inkişafla bağlı valideynlərin, himayədarların məlumatlandırılmasının, bilik və bacarıqlarının artırılmasının vacibliyi barədə məlumat verib.
Həmçinin “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, layihə eksperti, EUDİ və sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova çıxış edərək bəsləyici qayğı, erkən uşaqlı dövrünün mərhələləri (EUDİ), təhlükəsiz və etibarlı mühit, hamiləlik dövründə anaların sağlam və düzgün qidalanmasının vacibliyi və bir sıra mövzular barədə geniş məlumat verib.
Tədbirlərdə həssas qruplarla işləyən ictmai birlik sədrləri, şəhid və qazi anaları, gənc valideynlər iştirak edib. Layihə çərçivəsində hazırlanmış “Erkən uşaqlıq sonsuz imkanlar dövrüdür” adlı kitabçalar iştirakçılara paylanılıb. Həmçinin tədbirlərin sonunda iştirakçıların sualları cavablandırıllb.

     

 

Share: