Tural Balabəyli – İş tapmışam sənə – sabahdan gəl başla məni sevməyə
Kaş ki…
Uşaq qalmalıydıq biz
ürəyimiz inciyəndə,
oturub bir küncdə
ağlamalıydıq.
Sonra da heç bir şey olmamış kimi
Ötənlərin xatirəsini
qəlbimizin bir küncündə
saxlmalıydıq
və beləcə
həyatımız davam etməliydi.
Kaş ki,
həmişə
Yalanlardan uzaq,
sensorsuz gülüşlərimiz qalaydı…
İnciyəndə
gözlərimiz yaşla dolaydı
kipriklərimiz o yaşda
boğulaydı.
Böyüməməliydik,
sevməməliydik,
arxasınca ağladığımız
tək insan anamız olaydı.
Kaş ki…
****
Bilməyini istədiyim bəzi şeylər var
səni nə zaman sevdiyimi danışacam sənə;
Əsəbləşərdin mənə
çox siqaret çəkdiyim üçün…
mənə əsəbləşdiyin
zaman sevmişdim səni.
Bəzən haqsız olaraq
məni səhv çıxarardın,
“səhv “ olduğum zamanlarda
sevmişdim səni…
Saatlarla, günlərlə yazmazdın mənə,
özün həmişə yalan danışardın,
Mənə “yalan demə” deyərdin –
yalana büründüyün
zamanlarda sevmişdim səni..
“Ayrılaq” demişdin,
Ayrılanda sevmişdim səni..
Sənin yanımda olmadığın günlərdə,
gecələrdə sevmişdim səni…
yazdığm şeirlərdə
o şeirlərdəki hecalarda
sevmişdim…
İndi “gedirəm” deyəcəksənsə get,
Getdiyinə görə sevəcəm səni..
***
Kədər gözlü
Hə, bilirəm necə əzab verir
yataqda dəfələrlə çevrilməyin
Hə, bilirəm
necə insanın yuxularına qarışır zəhər
kimsəsiz olanda.
Bilirəm nə deməkdir
bir qadına ümidsiz bağlanmaq,
xəyyalarının gerçək olması üçün
şarpışmaq və suçlu adam kimi yaxalanmaq…
Ey qara saçlı, gül üzlü, kədər gözlü qadın,
Ey çaxır qırmızısı, ey bulud mavisi, ey gecə qaranlığı
Eşitmişəm kədər dünyasında işsiz qalmısan sən
İş tapmışam sənə –
sabahdan gəl başla məni sevməyə.
****
– Gecəni sevin ,
yorğanın altında soyuqdan titrəmələri sevin ,
Pişikləri sevin,
Küçə itlərini sevin,
Kitabları sevin,
Yazmağı sevin,
Şam işığı ilə yazılan şeirləri sevin,
Ama
İnsanları sevməyin …
****
Gəl bir az danışaq…
Havadan, sudan…
Məndən ayrıldığından uzun zaman keçib…
Gəl danışaq bir az danışaq
Bizdən sonra soyuyan
obadan, yurddan, yuvadan
bir az danışaq,
Özü də çox tez-tez…
Bu an
dəqiqəsi saniyəsinə qədər
keçən zamanı
deyə bilərəm;
amma
səni
unutmamış
olduğumu
bilməyini
istəmirəm…
Nə isə…
Nələr etdiyini danış mənə –
haraları gəzdiyini,
nələr yediyini,
hiss etdiyini
kədəri, bürünüb libas kimi geydiyini –
hər şeyi danış;
ama şəxsi həyatından söz açma…
Sevgilin
olduğunu
ya da
olmadığını
demə –
bilmək istəmirəm.
Məsələn,
dostlarınla
bir
yerə
yığışıb
kiçik
bir
hadisəni
şişirdərək
necə güldüyünü
bilmək istərdim
necə yalan danışdığını
nəfəs ala – ala “öldüyünü”
bilmək istərdim…
Ya da “sevgi” dolu baxan gözlərindən danış…
… Gözlərin də qalsın
– yalan deyən
dodaqlarından,
dilindən
danış –
“Səni sevirəm”
Sğzünün necə gözümdən
düşdüyünü görməyini
bilmək istərdim…
Xəyalında yaşatdığın
O adamdan
o adam üçün
Hər səhər yuxudan duran kimi
ağlamağından danışma –
bilmək istəmirəm …
Mənə qaldığın şəhərdən
Danış,
xoşuna gəlməyən
qaranlıq küçələrdən danış…
Elə danış ki,
o şəhəri sevim,
xoşuna
gəlməyən
qaranlıq
küçələri
lənətləyim…
Danış..!
Bəzən
Özünü
balaca
uşaq
kimi
aparmağından
və
gülüşlərinlə
bütün yer kürəsinin
məhvərindən qopmağından
danış…
Heç
özün də
bilmədən
necə
darıxdığından
və
kaş
məni
həqiqətən
anlayan
biri
olardı,
deyib
gözlərinin
nə qədər
uzaqlara
daldığından
danış…
Mənə hər şeyi danış,
etdiyin hər şeyi…
Əslində nələr etdiyini,
neylədiyini,
hər şeyi bilirəm…
Kölgən
kimiydim
amma
sən
fərqində
deyildin…
Həyatına girməyim böyük bir səhv idi …
Sənə
Bir az
danışaq
dedim –
amma
danışmağını
istəmirəm…
Sən sadəcə sus
və
yaratdığın “əsər”ə yaxşı bax…