Xəbər verdiyimiz kimi, oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev Astanada Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şəriflə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı ilə Səmərqənddəki görüşünü məmnunluqla xatırlayan Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib.
Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.