SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüş təşkil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq.
“Səyyar qəbul otağı” yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.