Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Müstəqil.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, fərmanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun 1-ci maddəsində “2 (iki) il müddətinə” sözlərinin “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilməsi əksini tapıb.
Bundan başqa, qanunun 2.1-ci maddəsinin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilib.
Bununla da, sahibkarliq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitib.
Müstəqil.Az