Sahil Babayev sanki qatildir – əlillər belə yazır

Sahil Babayev sanki qatildir – əlillər belə yazır

Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev doğurdanmı qatildir?

Doğurdanmı o, biçarə əlillərin qruplarını ləğv etməklə, onların son ümüd yeri olan, dərmanlarına belə yetməyəcək qədər az olan  təqaüdlərini kəsməklə qətlə əl atır?

Müstəqil.Az-a ünvanalanan məktublarda əlillikdən haqsız olaraq məhrum olunan insanların məktublarında belə kəskin ifadələr yer alır.

Qətl etmək təkcə kimlərəsə bilərəkdən fiziki qüvvə tətbiq etmək, bıçaqlamaq, güllələmək, asmaq və digər zor və şiddət göstərməklə həyatına qəsd edərək öldürmək deyil ki… Bunun da müxtəlif, “sivil” yolları var; Məsəl var, deyərlər, tısbağanı ya öldür, ya da arxası üstə çevir, eyni şeydir. Sahil Babayevin rəhbər olduğu nazirlikdəki durum bu gün eynən elədir…

Bu gün Azərbaycanda kütləvi surətdə əlilik qruplarını ləğv etmək, yaxud 5 illik komisuyya müddəti başa çatan əlilin yenidən komisiya üçün göndəriləcək sənədlərini gizlətmək, ləngitmək, növbəliliyini gözlə demək hansı əxlaqa, tərbiyəyə, vətəndaşlığa sığar? Cavab olsa yaxşı olar…
Müstəqil.Az- müraciət olunan onlarla şikayət məktubunda, edilən zənglərdə sorum olaraq məhz buna aydınlıq gətirilməsini istəyirlər. Əhaliyə qaranlıq qalan nüanslardan biri də budur: Necə olur ki, adı çəkilən nazirlik öz çirkin əməllərinə insanlarımızın sağlamlığının keşiyində duran Səhiyyə Nazirliyini də cəlb edə bilib?

Təmiz Azərbaycan türkü olan, qos-qoca nazir Oqtay Şirəliyev, nənəsinin, dolayısı yolla nənə tərəfdən dayılarının da erməni olması iddia olunan  gənc nazir Sahil Babayevin bi xalqa babalıq ( əslində dədəlik etmək, yəni zülm vermək) etməsinə necə dözür, necə ona xəstə, ümüdsüz, çarəsiz əlillərin dərman pulunun kəsilməsinə yardımçı olur? Hər kəs həm də təəcüb içindədir; bu başa düşülən deyil.

Araşdırma apardıq. Bir neş rayon, eləcədə paytaxt Bakının polikilinikarı ilə əlaqə saxladıq, nəyə görə əlillərin sənədləri komisiyaya təqdim olunmur, soruşduq, ləngiməyə aydınlıq gətirilməsini istədik. Cavablar bir-biri ilə üst-üstə düşdü: “Bizə göstəriş belə gəlib, Əlililliylə bağlı kiriteriyaları dəyişiblər, elə xəstəliklər var ki, doğurdan da bu xəstəliklə yaşamaq mümkün deyil, biz yazırıq, amma komisiyaya xüsusi tapşırıq verilib, ləğv edirlər. Qurunun oduna yaş da yanır”.

Sözssüz yalançı əlillər də çoxdur, hətta həqiqi xəstələrdən də çox. Amma bu, heç də o demək deyil ki, əlillərin siyahısını azaltmaq üçün kütləvi surətdə hər kəsi son ümüd yerlərindən də mərhum edəsən.
Redaksiyamıza müraciət edənlər xahiş edirlər ki, Sahil Babayevin nəzərinə onu da çatdıraq ki, o da nazir olduğu bu qısa zaman kəsiyində xalqın rifahına xidmət etməyən əməlləri ilə heç də sələflərindən geri qalmır, hətta onlarda çox irəli gedir. Bilsin ki, hər kəs bilir ki, pul və tapşırıqla zamanında əlillik düzəldənlərin əksəriyyətinin pul və tanışlıq, qohumluq əlaqələrinin yardımı ilə yenidən əlilik qrupları alması mövcuddur. Dəyişən odur ki, deyilənlərə görə əvvəllər hər komisiyada 500-600 Azn şirinlik verənlər, bu dəfə daha çox xərc çəkməli olur və birdəfəlik əlillik statusuna sahib olurlar. Babalı deyənlərin boynuna.  Buna israr etməsək də israrlı olduğumuz bu məqamlar var ki, insanlar həqiqətən də bilərəkdən əlillik hüququndan məhrum edilməklə ölümə sürüklənir.

Redaksiyamıza ünvanlanan bütün şikayət məktublarında deyilir: Əvvəllər xəstələr canlı olaraq həkim komisiyalarına cəlb olunurdu və yerindəcə yoxlanılırdı. Xəstələrin xəstəlik kağızlarında yazılanların nə dərəcədə doğru olmasını  komisiya üzvləri birbaşa yoxlanış, müayinə apararaq  xəstəliyin dərəcəsi müəyyən edirdi. Hər hansı qaranlıq məsələlərlə bağlı müraciətlər olunur, sorğu-sual edilir və həkim nəzarəti yenidən keçirilirdi. Düzdür, burda da rahatsızlıqlar olurdu, tanışlıq və telefon zəngləri öz hökmünü verə bilirdi, amma yenə də həqiqi xəstələr müəyyən olunurdu. İndi tam əksinədir. Xəstəxanalardan verilən epiqirizlər, sahə həkimlərinin yazdıqları rəy elektron portal vasitəsi ilə komisiyaya göndərilir və bu sənədlərdə öz növbəsində respublikanın ayrı-ayrı bölgələrindəki komisiyaya göndərilir. Nəticə isə acınacaqlı. Yuxarıdan gələn tapşırığa əsasən ağına-bozuna baxmadan əlilik ləğv olunur. Necə ki, 1937-ci ildə məşhur üçlüyün imzasl ilə araşdırma aparılmadan insanlar ölüm maşının ağzına sürüklənirdi, eləcə həyatın zülmət qaranlıqlarını yaşamağa təhrik olunur. Bu sadəcə genosiddir…

Xətai Rayonu, Əbilov küçəsi 20 A/ 12 də yaşayan, qeydiyyatı Elçin Əliyev küçəsi 4- olan, adının ictimailəşdirilməsini istəməyən II qrup əlil olan xanımın (S. K. İ qızı) redaksiyaya mürciətində də bu anlaşılmazlıqdan bəhs olunur. Şikayət məktubundan məlum olur ki, düz 14 il ikinci dərəcəli əlil olan çarəsiz xanım bir neçə xəstəlikdən əziyyət çəkir. Bir dəfə cərrahi əməliyyata məruz qalıb. Hər il də səhhəti ilə bağlı bir neçə dəfə stasionar müalicə alıb. Hazırda həkim nəzarətində olan xanımın bu ilin əvvəlində 5 illik komisiyanın zamanı bitib. Həmin ərəfədə də 3 saylı Sabunçu xəstəxanasında müalicə alırmış. Onun sənədlərini yaşadığı ərazinin polikilinikasından komisiyaya təqdim etmirlər. Səbəb kimi isə, sizin sənədlərin göndərilmə növbəsi iyul ayında olacaq, deyirlər. Maraqlı olan odur ki, bəs iyul ayına qədər bu xəstə və əlil qadın nə etsin? Bu necə ola bilər axı? Hansı ağıl və düşüncə, eyni zamanda insani keyfiyyətdən xali olan adam belə işgəncə növünü  düşünə bilər?Axı bunun son ümüdü aldığı 227 AZN- dir ki, qidasına, dərmanına, komunal xərcinə yönəltsin.

Belə hallar minlərlədir. Müstəqil.Az bu istiqamətdə araşdırmanı davam etdirir. Haqsızlıqla qaşılaşan hər bir şəxsdən xahiş edirik ki, bizimlə əlaqə saxlasın.

Faiq Balabəyli

Share: