Şahmat Olimpiadası: Kişi və qadın millilərimizdən ardıcıl üçüncü qələbə

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Oxu.Az xəbər verir ki, bu gün həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız növbəti oyunlarını keçiriblər.

Kişilərdən ibarət yığmamız III turda Argentina ilə qarşılaşıb.

Yığmamız oyunu erkən qələbə ilə başa vurub.

Belə ki, Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov isə heç-heçəyə razılaşıb. Hazırda Qədir Hüseynovun görüşü davam edir. 36 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komandamız ilk turda Əlcəzairi 4:0, II turda isə Filippini 3:1 hesabı ilə üstələyib.

III tur

Azərbaycan – Argentina 2,5:0,5

Şəhriyar Məmmədyarov – Fernando Peralta – 1:0

Rauf Məmmədov – Federiko Peres – 1:0

Qədir Hüseynov – Leandro Krisa (görüş davam edir)

Nicat Abbasov – Dieqo Flores – 0,5:0,5

Qadınlardan ibarət yığmamız isə III turda Yunanıstanı sınağa çəkib. Rəqibini məğlub edən millimiz ardıcıl 3-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.

III tur

Azərbaycan – Yunanıstan – 2,5:1,5

Günay Məmmədzadə – Stavrula Tsolakidu – 0,5:0,5

Xanım Balacayeva – Anastasiya Avramidu – 0,5:0,5

Gövhər Beydullayeva – Yekaterina Pavlidu – 1:0

Gülnar Məmmədova – Haritomeni Markantonaki – 0,5:0,5

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Zaur Xudiyev

Share: