Şahnaz Haşımova: “Səhhətim yaxşılaşır”

“Yavaş-yavaş səhhətim yaxşılaşır”.

Kulis.az xəbər verir ki, bunuAPA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdarlığını bildirib:

“İnanıram ki, tezliklə ayağa qalxacağam”.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.

Share: