Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı

Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı

Xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova evə buraxılıb.

Kulis.az xəbər verir ki, bu barədə xanəndənin bacısı, Əməkdar artist Aybəniz Haşımova instaqram hesabında paylaşım edib.

“Çox şükür Şahnaz xanım artıq evə yazıldı, əziz dostlar. Yanımızda olan hər kəsə təşəkkür edirik”.

Qeyd edək ki, Gəncədə xəstəxanaya yerləşdirilən Ş.Haşımova daha sonra Bakıya gətirilib və müalicəsi burada davam etdirilib.

Share: