Şahzadə Harri və Meqan kirayə haqqından azad edildilər

Şahzadə Harri və Meqan kirayə haqqından azad edildilər

Bukingem sarayı şahzadə Harri və Meqan Markl ilə razılaşıb.

Razılaşmaya əsasən, cütlük Froqmor kottecinin kirayəsindən azad edilib.

Məlumata görə, onlar daha əvvəl vergi ödəyiciləri hesabına binanın təmirinə xərclənmiş vəsaiti qaytarıblar.

Sassex hersoqu və hersoginyası Froqmor kottecinin əsaslı təmir xərclərini ödəmək üçün Suveren Qrant fonduna 2,4 milyon funt sterlinq ödəyiblər. Onlar əmlakla bağlı maliyyə öhdəliklərini yerinə yetiriblər.

Bildirilir ki, kottecin kirayəsi ildə 150 -230 min funt sterlinq arasında olmalı idi. Lakin bu ilin martında başa çatan icarə müddəti uzadılmayacaq.

Mənbə: gazeta.ru

Share: