Müstəqil.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Cəsarətli qələm” mükafatçısı , nəğməkar şair Fuad Biləsuvarlının “Elm və təhsil” nəşriyyatında dördüncü kitabı işıq üzü görüb.
“Dənizlə söhbət” adlı kitabı şairin sayca dördüncü kitabıdı.
Kitabın içində şairin doğmalarına, sevdiklərinə, ustadlarına həsr etdiyi ithaf şeirləri ilə bərabər , sevgi, məhəbbət , vətənpərvərlik şeirləri, qələbəmizə aid şeirləri də yer alıb.
“Dənizlə söhbət” adlı şeirlər kitabının ön söz müəllifi:
şair Səadət Buta,
redaktoru: yazıçı Südabə Sərvidi.
Kitabın rəyçiləri Zakir Quliyev, Günəş Zakirqızı, Rüxsarə Novruzova, Vidadi Orucov,
Kitabın son sözünü də Sevinc Muğanna yazıb.
Müstəqil.Az