Şair Səfər – 100 – Ziyalə Afiqqızı yazır…

Şair Səfər – 100 – Ziyalə Afiqqızı yazır…

“AZƏRBAYCANLIYAM, AZƏR SƏSİYƏM…”
Hər şamın başına dolanmamışam,
Mən yalnız günəşin pərvanəsiyəm.
Şair Səfər.

Noyabr ayının 27-də Goranboy rayon mədəniyyət mərkəzində Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin və Gəncə Daşkəsən regional mədəniyyət mərkəzinin Goranboy rayon Mədəniyyət idarəsinin təşəbbüs və təşkilatçılığı ilə tanınmış el sənətkarı Şair Səfərin (Səfər Həsənovun) yaradıcılığına və anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanlıyam, Azər səsiyəm…” adli ədəbi-bədii gecə keçirilmişdir. Tədbirə respublikanın ədəbi mühitini təmsil edən tanınmış simalar, el aşıqları, həmçinin mərhum şairlə təmasda olmuş şəxslər və ictimaiyyətin tanınmış nümayəndələri dəvət olunmuşdu.
Tədbiri giriş sözü ilə gecənin aparıcısı Azərbaycan Aşıqlar Birliyi Gəncə regional müavini Goranboy rayonu üzrə sədri Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elnur Baxış açmışdır. Əvvəlcə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin və tədbirin səbəbkarı Şair Səfərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Aparıcı demişdir: İnsan zamanın sakini, zamanının şah əsəridir. İnsan zamanda yaşayır, onu zənginləşdirir, gözəlləşdirir gələcək zamanlara daşıyır. İnsan zananı qurur, zamanı özündə yaşadır. İnsan yaşadığı zamana bənzəyir, zamanı da özünə bənzədir.
Şairlər peyğəmbərlərə bənzəyir. Şairlər öz sözləri ilə cəmiyyətə güzgü tutur, ürəkləri işıqlandırır. Şairlər Allahdan Allah vergisi ilə aldıqları fikirləri insanlara bəxş edir, könülləri zinətləndirir, şərafətləndirir, zənginləşdirir, gözəlləşdirirlər.
El sənətkarı Şair Səfərin yaradıcılığı milli adət-ənənələrimizlə, dilimizin təbii ifadələri, rəngarəng bədii təsvir vasitələri, deyim tərzi, yaradıcılıq texnikası ilə zəngin, oxucu hisslərini ibrətamiz kəlamları, poetik ifadələri ilə təlatümə gətirən, tamamilə müxtəlif zövq və dünyagörüşə malik oxucu auditoriyasının bədii təlabatını təmin etmək qüdrətinə malikdir. Şair Səfərin yaradıcılığı şifahi xalq ədəbiyyatının demək olar ki, bütün janrlarını əhatə edir. Şair Səfər, janrından asılı olmayaraq yaradıcılığında öz yaradıcılıq ənənəsinə, öz yazı üslubuna, öz məntiqi deyim tərzinə sadiq qalan sənətkardır. Yaradıcılıq məhsulunun ona məxsus olduğunu oxucu və dinləyici ilk kəlmədən, ilk misradan, ilk beytindən, hətta qafiyəsindən, rədifindən tanıyır.
Tədbir geniş konsert proqramı ilə davam etmiş, şairin ömür yolu haqqında məlumat verilmiş, onun yaradıcılığından şeirlər səslənmiş, Azərbaycan Aşıqlar Birliyinin sədri professon Məhərrəm Qasımlının təbrik məktubu oxunmuşdur.
Çernobl əlilələr cəmiyyətinin sədri Namiq Məmmədov çıxış edərək Şair Səfər haqqında xatirələrini və onun şeirlərindən nümunələlər söyləmiş və Elnur Baxışa cəmiyyətin Fəxri fərmanını təqdim etmişdir.
Rəngarəng musiqi nümunələri ilə müşayiət olunan gecədə Gəncə dövlət filarmoniyasının solisti xanəndə Məzahir Əliyev, Xanqərvənd musiqi məktəbinin müəllimi , el sənətkarı xanəndə Hafiz Həsənov, xanəndə, Məhərrəm Məhərrəmov, Qızılhacılı uşaq musiqi məktəbinin şagirdi gənc xanəndə respublika muğam müsabiqəsinin qalibi Tunar Salahov , el sənətkarı Qurban Yusifoğlu (Təcnis Qurban), el ağsaqqalı Adil Abbasov, xanəndə ,pedaqoq Qızılhacılı uşaq musiqi məktəbinin müəllimi İlqar Qasımov , Eyvazalılar tam orta məktəbinin direktoru Göyüş Nağıyev Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar üzrə sədri Aşıq Elburus, Aşıq Şöhrət Kəlbəcərli, Aşıq Əhliman Kəlbəcərli, Aşıq Rasim Gədəbəyli, gənc yazıçı, Naftalan şəhər 2 nömrəli tam orta məktəbinin yeddinci şagirdi Kübra Musayeva və şairin müasiri olmuş Elxan Tağıyev çıxış etmişlər. Tədbirdə aşıqları balabançı Əməkdar mədəniyyət işçisi İbadət Kəlbəcərli , balabançı Eldəniz dəyərli xanəndələri tarzən pedaqoq__Qızılhacılı uşaq musiqi məktəbinin lmüəllimi, _Əliyev Nizami____ və kamança ifaçısı_____pedaoq Düzqışlaq uşaq musiqi məktəbinin müəllimi __Vasif __Kaman____ müşayiət etmişlər.
Tədbirin sonunda şair Səfərin oğlu _jurnalist İlham.Səfəroğlu ____________ atasının xatirəsinə və yaradıcılığına verilmiş yüksək dəyərə görə Azərbaycan Aşıqlar Birliyinə və tədbirin təşkilatçılarına şairin ailəsi adından dərin təşəkkürünü bildirmişdir.
. SON

” SON” DAN SONRA.
El şairi Səfərin 100-illiyinə həsr olmuş Azərbaycanlıyam ,Azər Səsiyəm adlı ədəbi bədii gecənin senarisini AYB-AJB-birliklərinin üzvü Əməkdar müəllim İsgəndər Fərhadoğlu yazmışdı.

Ziyalə Afiqqızı
Azərbaycan Jurnalistlər birliyinin üzvü.

Share: