Beləki, son vaxtlar A. Fərmanqızı müsahibəsində “Ermənilər mənə azərbaycanlılardan daha çox dəyər verir” deməsini bəzi saytlar tirajlayıblar. Tamamilə yalan olan bu məlumata görə şair Şərafəddin İlkin öz feyzbuk səhifəsində paylaşım edib. “Müstəqil.az” olaraq həmin yazını olduğu kimi təqdim edirik.
Gözəl baxaq ki, gözəl görə bilək
Qəribə xarakterə malik millətik – sadəlöhv, tez inan, küyə gedən… Özümüzə aid zərb məsəllərimiz də çoxdu. Məsələn “Bir dəli quyuya daş atdı, min ağıllı çıxara bilmədi”, “Ağıllı fikirləşincə dali çayı vurub, keçdi”, “Tülkü tülkülüyünü sübut edincə dərisini boğazından çıxartdılar” və s.
Biri sosial şəbəkədə yalan-doğru nəsə paylaşır bilən-bilməyən başlayır təhqir edib, qarğış tökməyə. Məsələnin mahiyyətini bilmədən reaksiya vermək, münasibət bildirmək tərbiyəsizlikdi. Əslində qanunvericilikdə belə halları tənzimləyən qanun olmalıdı.
…Bəlkə də bu yazıya görə məni qınayanlar da olacaq. Olsun. Amma mən həmişə doğrunun yanında olduğumdan bu dəfə də haqqı nahahaqqa vermək istəmədim.
Etiraf edim ki, müğənni Afət Fərmanqızının ifa tərzi, xarakteri xoşuma gəlir. Hətta mənim sözlərimə də üç-dörd mahnı ifa edib. Həmişə də etik normalara riayət edib, hallalıq alıb. Onu da deyim ki, yeganə müğənnidir ki, indiyə kimi üzbəsürət görüşməmişik. Elə telefon vasitəsi ilə əlaqə saxlamışıq. Düzü, sözübütöv mərd adam təəssüratını yaradıb məndə. Çox təəssüflər olsun ki,sözü üzə deməyi, özünə dəyər verməyi bir çoxlarının xoşuna gəlmir. Onlar da texnikanın imkanlarından istifadə edib ünvanına böhtan xarakterli kompaniya aparırlar.
Bu yaxınlarda bir xəbər də oxudum ki, güya Afət xanım deyib ki, ona ermənilər bizimkilərdən daha çox dəyər verirlər. Yalançının lap…
Kişi qadından nakişiliklə “qisas” almaz. Afət Fərmanqızı ən azında ziyalı azəbaycanlı xanımdı. Kifayət qədər tamaşaçı auditoriyası var. İnsafla desek bir çox titullu müğənnilərdən daha çox istedadlıdı. Umduğunuzu əldə edə bilməyəndə nüfuzlu bir qadından namərdcəsinə mübarizə aparmazlar. Mən demirəm o aydan arı, sudan durudu. Səhvsiz insaf yoxdu. Ola bilsin Afət xanımın da nəsə catışmazlığı olsun. Mən bilmirəm. Bilsəydim yazardım. Amma bir dost kimi. Elə bilirəm ki, heç o da məndən inciməzdi. Çünki onun dürüstliyinə inanıram.
Gəlin bir-birimizə qənim kəsilməyək. Gözəl baxaq ki, gözəl görə bilək.
Şərafəddin İlkin,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvi, Prezident təqaüdçüsü.