Sakit okeanda 25 tonluq sualtı robot batıb

Sakit okeanda 25 tonluq sualtı robot batıb

Müstəqil.Az xəbər verir ki, əməliyyat zamanı kabelin qırılması səbəbindən robot “Normand Energy” gəmisindən ayrılaraq okeanın 5 kilometr dərinliyinə qərq olub.

Hazırda robotun qaldırılması üzrə cəhdlər davam edir.

Dərin sularda aparılan tədqiqatın sınaq işləri Belçikanın “Global Sea Mineral Resources” (GSR) şirkəti tərəfindən icra edilirdi.

“Greenpeace” cəmiyyətinin verdiyi məlumata görə, bu hadisə “GSR” şirkətinin “Patania II” robotu ilə həyata keçirdiyi ikinci uğursuz əməliyyatıdır. 2019-cu ildə də sözügedən şirkət tədqiqat zamanı robotun sualtı kabeli qırması səbəbindən işləri yarımçıq saxlamaq məcburiyyətində qalmışdı.

“GSR” şirkəti Sakit okeanın dibində müxtəlif tip mineralların tədqiqatı və axtarılması layihəsini həyata keçirirdi.

/“Seanews.az” /

Share: