Sakit Payız Sevdası … Sakit MALİKOVUN yeni hekayəsi

Sakit Payız Sevdası … Sakit MALİKOVUN yeni hekayəsi

70-ci illərin sonları idi. Qarabağın sakit, köhnə kəndlərindən birində məktəb həyatı yavaş-yavaş öz axarında gedirdi. Mən – Banu artıq 10-cu sinifdə oxuyurdum. Ədəbiyyat fənnini çox sevirdim, çünki hər dəfə kitablar arasında özümü itirmək, hər hekayədə fərqli bir dünyaya baş vurmaq mənə xüsusi bir hüzur verirdi. Məktəbimizə yeni gələn müəllim – Batuxan müəllim də, sanki bu sevdaya daha da rəng qatmışdı.

Batuxan müəllim gənc idi, çiçəklənən bahar tək parlayırdı gözləri. İlk dərsindən etibarən hər kəsin diqqətini çəkmişdi, dərsləri şövqlə danışardı, bəzən isə özünəməxsus həssaslıqla şeirlər oxuyardı. Onun qəlbində bir başqa sevgi vardı – bunu hər kəs hiss edirdi, amma kimin üçün olduğunu yalnız mən bilirdim. Hər gün partamın altına qoyduğu təravətli gül dəstələri Batuxan müəllimin mənə olan sükutlu etirafı idi.
Gəlinlər üçıün payız çiçəkləri - FOTO
Mən isə bu hisslərə qəribə bir qarışıqlıqla cavab verirdim. Yaşıdlarımın məndən fərqli düşündüyünü bilirdim. Rəfiqəm məni hər dəfə həmin güllərlə görəndə, mənimlə gizli-gizli gülüşürdü, amma səsimi çıxartmırdım. Ürəyimdə bir sual dolaşırdı: “Görəsən, bu necə ola bilər, müəllim şagirdini sevə bilərmi?”
İllər keçdi və nəhayət, imtahan günləri gəldi. Hər kəs son dərslərə, suallara yönəldiyi halda, mənim başım bir yandan dərslərə, digər tərəfdən isə Batuxan müəllimin sükutla mənə dikilən baxışlararına qarışmışdı. O, hər dəfə gözlərimə baxanda sanki nə isə demək istəyirdi, amma deyə bilmirdi.
Son imtahan günü idi. Hər kəs məktəbin həyətinə dağıldı. Dərsliklər, kağızlar bir kənarda qalmışdı, çünki daha vacib olan başqa bir şey yaşanacaqdı. Batuxan müəllim həyəcanla yaxınlaşdı. “Banu,sənə bir şey deməliyəm…” dedi və birdən dayanıb mənim gözlərimə uzun-uzadı baxdı. Sonra özündə güc toplayaraq, titrək səslə  “Mən səni sevirəm,” ded.
Bu sözlər mənim dünyamı alt-üst etdi. Nəfəsim kəsildi, ürəyim sanki bir anlıq dayandı. Gözlərim yaşla doldu, bilmədim nə deyim, nə düşünüm.
“Heç müəllim də şagirdini sevər?” – deyə ağlamağa başladım. Ağır addımlarla  evimizə doğru qaçdım, sanki hər şeydən qaçmaq istəyirdim, amma bilirdim ki, o duyğular artıq məni hər zaman izləyəcək.
O gün bir daha Batuxam müəllimi görmədim. O, başqa kənddən gəlirdi, amma gedəndə məni ürəyində daşıyıb aparmışdı. Günlər keçdi, bir oğlan mənə yaxınlaşdı, Batuxan müəllimin onunla danışdığını və mənə olan hisslərini paylaşdığını söylədi. Bu sözlər mənim içimdə izsiz bir yara buraxdı.
Batuxam müəllim bir xatirəyə çevrildi, onun sevgisi isə payızın solğun yarpaqları kimi ürəyimdə qaldı. Artıq başa düşürdüm ki, bu sevgi nə qədər sükut içində doğmuşdusa, bir o qədər də sakitliklə ömrümün bir parçasına çevrilmişdi.
Amma bir şey var idi ki, heç unuda bilmədim: hər payız ağaclar saraldıqca, elə bilirdim ki, onun təravətli gül dəstələri partamın altında yenidən açılır….
05.10.2024
Share: