Şalğam suyunun möcüzəsi: Bu xəstəlikləri yox edir

Şalğam suyunun möcüzəsi: Bu xəstəlikləri yox edir

Çox miqdarda vitamin və mineral tərkibli şalğam suyunun insan sağlamlığı üçün saysız faydaları var. Şalğam suyu Türkiyənin Çukurova bölgəsinə xas, şalğamdan hazırlanan bir içkidir.

Müstəqil.Az xəbər verir ki, şalğam suyunun tərkibindəki vitaminlər ürək və göz sağlamlığını qorumağa kömək edir.

Tərkibindəki kalsium və kalium dişlərin və sümüklərin sağlamlığını qoruyur. Bədəndən toksinlərin çıxarılmasına, tərkibindəki fosfora görə əsəb sisteminə, hafizə qüvvəsinə müsbət təsir göstərir, stressi azaltmağa kömək edir. Şalğam suyu boğazda iltihabı aradan qaldırır. Oynaq xəstəliklərini yox edir, sidikqovucu xüsusiyyətlərə malikdir.

Həzm sistemini sürətləndirir. Tərkibində olan dəmirə görə öd narahatlıqlarını götürür.

Şalğam suyu qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri var. Acı şalğam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalğam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz.

Şalğam bitkisinin tərkibində liflər, fol turşusu, maqnezium, mis var. Eyni zamanda bədənə lazım olan B1, B2, B3, B6, E vitaminlərini, kalium və maqneziumu təmin edir. Şalğamın yaşıl hissəsi də B6, E,C,A vitaminləri və fol turşusu ilə zəngindir.

Şalğam yeyən zaman orta ölçülü və üstü hamar olanlara üstünlik verin. Böyük həcmli olanlardan çəkinin.

Şalğam kələmkimilər dəstəsinə aid olduğu üçün tərkibində guatrojenik maddəsi var. Şalğam mikroböldürücü, qan təzyiqini aşağı salan, antibiotik xasiyyətə malikdir.

Eyni zamanda dəri xəstəliklərinə, astmaya, sinə ağrılarına müsbət təsir göstərir. Şalğam dəri qaşınmaları və allergiya üçün də faydalıdır.

Şalğam bağırsaqları pak edər, antibiotiklərinə görə isə zökəm və soyuqdəymə üçün faydalıdır.

Aytəkin Qardaşova

Share: