Sallivan: “Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq həll olunub”

Sallivan: “Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq həll olunub”

ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.

Bu barədə bazar günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC televiziya şirkətinə müsahibəsində bildirib.

“Biz kommunikedə bildirmişik ki, Ukraynanın gələcəyi NATO-dadır. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək”, – o deyib.

Eyni zamanda, Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır”.

Mənbə: TASS

Share: