“Şeytan ayələri” kitabına görə illərdir ölümlə təhdidlər alan hind əsilli britaniyalı yazıçı Salman Rüşdi (75) 2022-ci ilin avqustunda qatıldığı tədbirdə livanlı amerikalı Hadi Matarın hücumuna məruz qalmış, bir gözünün görmə qabiliyyətini və bir əlini işlədə bilməyəcəyi bildirilmişdi.
Kulis.az xəbər verir ki, menecerinin açıqlamasına görə, məşhur yazıçı hücuma məruz qaldıqdan sonra ilk kitabı olan “Qələbə şəhəri”nin tanıtım tədbirlərində iştirak etməmək qərarına gəlib.
Rüşdinin meneceri Endryu Uayli bildirib ki, “yazıçı sağlamlıq mərhələsindədir, lakin qarşıdan gələn romanını tanıtmaq üçün ictimaiyyət qarşısına çıxmayacaq”.
Fevralın 9-da nəşri planlaşdırılan roman üçün məşhur yazıçılar Margaret Atwood və Neil Gaiman; PEN America, PEN Canada və English PEN ilə əməkdaşlıq çərçivəsində pulsuz onlayn tədbir keçiriləcək.