“Konkret.az”ın baş redaktoru Fadil Paşayev sözügedən saytda Şamaxı Rayon İcra Hakimiyyəti ilə bağlı yayımlanan yazıların yanlış olmasına görə üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, o, Şamaxı RİH-in təqdim etdiyi sənədlərlə tanış olduqdan sonra bu qənaətə gəlib:
“Yazdıqlarımızla əlaqədar qarşı tərəfin təqdim etdiyi sənədlərlə tanış oldum. Aydın oldu ki, bizim məlumatlar yanlışdır. Bunu etiraf edirəm və lazım gələrsə, qarşı tərəfin mövqeyini dərc etməyə hazıram.
“Konkret.az” həm öz nüfuzunu qoruyan, həm də sosial statusundan asılı olmayaraq istənilən şəxsə, onun fəaliyyətinə, nüfuzuna dəyər verən mediadır. Biz heç vaxt kimlərinsə halal haqqını tapdamaq, barəsində yanlış rəy formalaşdırmaq istəməzdik. Əgər fəaliyyətimizlə kimlərinsə haqqına girmişiksə, ona zərər gətirmişiksə, üzrxahlığımızı bildiririk”.