Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şamaxı rayonunda piyadanın ölümünə səbəb olan avtomobil qəzası baş verib.
APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxı şəhər ərazisindən keçən hissəsində baş verib.
1959-cu il təvəllüdlü Təbriz Fərəcovun idarə etdiyi VAZ-2107 markalı minik avtomobili Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun maşınlar üçün nəzərdə tutulmuş hissəsi ilə gedən 1986-ci il təvəllüdlü Ramiz Ağayevi vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Şamaxı RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.