Şamaxıda “Nə qədər ki, Azərbaycan var, mən də varam” tədbiri keçirildi — Fotolar

Şamaxıda “Nə qədər ki, Azərbaycan var, mən də varam” tədbiri keçirildi — Fotolar

22 iyunda “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Şamaxı rayon təşkilatı “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə cıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan–Fransız Universitetinin icraçı direktoru, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əskərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədov, Şamaxı Dövlət Regional Kollecin müdiri  İlham Vəliyev, Şamaxı Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov  bildirdilər ki, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağllıdır.

Ulu öndəri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm layihələrin həyata keçirilməsi ölkənin inkişafına müsbət töhfələr verib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən fəallardan bir qrupuna fəxri fərmanlar, təşəkkürnamələr və YAP sıralarına yeni qoşulmuş şəhid valideyinlərinə partiyanın üzvlük vəsiqələri və hədiyyələr təqdim olunub.


Share: