Azərbaycan əsilli məşhur britaniyalı müğənni Sami Yusif İmaməddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə həsr olunmuş möhtəşəm kompozisiya qurub.
Kult.az -n xəbərinə görə kompozisiyada muğam ustası Təyyar Bayramov, Aşıq Samirə də yer alıb.
Qeyd edək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında ilk dəfə canlı ifa edilən bu kompozisiya bir neçə saat öncə Sami Yusifin öz Yutub səhifəsindən paylaşılıb.
Müstəqil.Az