Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-a səfəri çərçivəsində Arkanzas ştatının paytaxtı Littl Rok şəhərində şəhərin mərkəzi seçki komissiyasının sabiq sədri Joşua Pris, Littl Rok Meriyası Mərkəzi Aparatının rəhbəri xanım Kendra Pruitt və vəkil Piter Şults ilə görüşüb.
Müstəqil.az xəbər verir ki, keçirilən görüşlərdə ABŞ-ın seçki sistemi, seçki tarixi, ABŞ-da yerli özünü idarəetmənin iş prinsipi, bələdiyyələrin insanların həyatında və bölgənin idarəçiliyində rolu, ABŞ məhkəmə sistemi, vəkillərin, hüquq müdafiəçilərinin işləri müzakirə edilib.
Həmçinin görüşlərdə Azərbaycan, ölkəmizin siyasi sistemi, Ermənistanla sülh danışıqları, Rusiya və İranın bölgədəki desturuktiv fəaliyyəti, regiondakı geopolitik durum müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.