Samir Nuriyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Samir Nuriyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Samir Nuriyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Dekabrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniyanın İxrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord ilə görüşüb.
xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qurulan möhkəm dostluq münasibətlərindən və çoxşaxəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Neft-qaz, ticarət, yaşıl enerjiyə keçid, nəqliyyat, təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Samir Nuriyev Ermənistanın hərbi işğalı dövründə Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi davamlı və prinsipial dəstəyi yüksək qiymətləndirib. Həmçinin Birləşmiş Krallığın beynəlxalq təşkilatlar çərçivəsində tutduğu balanslı mövqe müsbət dəyərləndirilib.
İkitərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığı vurğulanaraq, belə səfərlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.
Samir Nuriyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin, habelə yeni yaşayış məntəqələrinin salınması istiqamətində işlərin uğurla davam etdiyini diqqətə çatdırıb.
Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə Britaniya şirkətlərinin bərpa-quruculuq və yenidənqurma layihələrində iştirakından məmnunluq ifadə olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib. Xüsusilə Birləşmiş Krallığın Azərbaycanda humanitar minatəmizləmə layihələrinə verdiyi töhfələr təqdir olunub.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın dekabrın 7-də Bakıda 6-cı iclasının keçiriləcəyi qeyd edilərək, vacib bir mexanizm kimi komissiyanın növbəti iclasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Share: