
Samuxda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
-nın yerli bürosunun xəbərinə görə, qəza zamanı 1961-ci il təvəllüdlü C.Əliyev, 1989-cu il təvəllüdlü R.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev və Daşkəsən sakini 1972-ci il təvəllüdlü Tahir Sadıqov xəsarət alıb.
***
saat 13.23
Samuxda “VAZ 2107 ” ilə “VAZ 21015” markalı minik maşınlarının toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
-nın yerli bürosunun xəbərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
***
saat 13.13
Samuxda yol nəqliyyat hadisəsi baş verib.
-nın yerli bürosunun xəbərinə görə, hərəkətdə olan “VAZ 2107 ” ilə “VAZ 21015” markalı minik maşınları toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.