Saranı atmağa çay ver… – Sayman ARUZ

İlahi, ixtiyarından biraz da bizlərə pay ver.
Burax Allahlığı ya rəbb, biraz insanlığa hay ver.

İgid boz qurdlarıq amma qoca kaftarlara qarşı,
Cılız düşmən əta etmə, verirsən bizlərə tay ver.

Çökübdür dünyaya sanki cəhalət zülməti göydən,
Günəşdən bir haray yoxdur, varındırsa bizə ay ver.

Min illərdir ki, biz Türklər sənin eşginlə cəng etdik,
Günahdırsa əgər sevgin, əzabın birbəbir say ver.

Muğanda zülm aşıb həddən, ölübdür Xan Çoban dərddən,
Gedir namusumuz əldən, Saranı atmağa çay ver.

Dədəm Babək ölən gündən, bu xalqın heç üzü gülmür,
Anaların dilindən al ağılarını, lay-lay ver.

Dilimizdən çıxan hər söz, bir oxdur ki, cahad istər,
O tiri düşmənə qarşı uzatmaqçün bizə yay ver.

Ya gəl bu Saymanı öldür, elə azad onu qəmdən,
Ya da ki, şad elə könlün, na nay nay nay, na nay nay ver…

Share: