(Dəyərli ziyalımız, həkim, şair, tərcüməçi Afaq xanım Şıxlinskayanın (Şıxlı) 50 illik yubileyilə bağlı təbrik)
İnsanın həyatda nə qədər yaşamasından asılı olmayaraq 50 yaşı ömrün ortası sayırıq. Bu yaşda 360 dərəcə fırlanıb yerində dayandığında, yaşadığın illər barədə, artıq dəyişdirilməsi mümkün olmayan bir hesabatın xülasəsini hazırlamaq ehtiyacı ilə üz-üzə qalırsan.
İlk baxışdan asan görünsə də, sonra uzandıqca uzanan həyat xatirələri, yaradıcılıq uğurları, yoluna çıxan və özünün könüllü olaraq boynuna gotürüb şərəflə daşımaq istədiyin yüklərlə birgə bu işin o qədər də asan məsələ olmadığını göstərir.
On ilə yaxın isti və səmimi qardaş-bacı munasibətimizin nəticəsi olaraq, mən də Afaq Şıxlı yaradıcılığına və şəxsiyyətinə olan ehtiramımı bildirmək fürsətini əldən verməməyə çalışdım.
Bizi hər şeydən əvvəl yaxınlaşdıran şairənin ətrafda baş verənlərə biganə qala bilməməyi, fəallığı, hadisələrə və insanlara duzgun qiymət verə bilməsi olmuşdur.
Məşhur rus tənqidçisi Belinski demişdir ki, öz yolunu tapmaq, öz yerini bilmək – insan üçün ən önəmli şey, onun özü olmasına nədən olan şey məhz budur! Afaq xanım öz yolunu tapa bilmiş, özünü tapa bilmiş xoşbəxt insanlardandır desəm yanılmaram.
Ədəbiyyat onu sevənləri sevir! Özünü ədəbiyyatda deyil, ədəbiyyatı özündə sevənlərin azaldığı bir dövrdə Afaq Şıxlı kimi şəxsiyyətlərin var olması biz oxucuları sevindirməyə bilməz.
Hörmətli Afaq Xanım!
Bir oxucu kimi Azərbaycan, türk, ingilis dillərində çıxan kitablarınızla da və tərcümələrinizlə də tanışam. Yaranan təsəvvür budur ki, öz poetik dünyası olan, oxucu ilə həmsöhbət olan, həyat eşqini, vətəndaş qeyrətini, vətən sevgisini, şair yanğısını pıçıltıda çatdıra bilən yaradıcı insanla dost olmuşam.
Bu gun hadisələrin sürətlə dəyişdiyi, informasiya selinin dünyanı ağzına aldığı bir vaxtda iti ağıllı, düzgün qərarlar qəbul etməyi bacaran yaradıcı insanların qiyməti birə-beş artır.
Bu yubiley ərəfəsində Sizə möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram! İnanıram ki, bundan sonra da öz oxucularınızı yeni-yeni poetik nümunələrlə sevindirəcək, ruhumuzu saflaşdıracaqsınız.
P.S. Mən özümə şair demirəm, lakin bəzən qəlbimdən keçənləri şeirlə demək istəyi yaranır. Şəxsiyyətinizə həsr etdiyim bu şeir də doğum gününüzə hədiyyəmdir.
***
Mənası var hər baxışın,
Şair gəlbi kövrək olur.
Gozlər görməyən naxışı
Duyğularla görmək olur.
Söz yüküdür ömür yükü,
Hərə bir cür cəkir yükü…
Oxşayanda fikir yükü,
Misraları göyçək olur.
Şeir göylərə ahımı,
Qürbət – gördüyü yuxumu?..
Tanrı göndərən toxumu
Daş üstündə əkmək olur.
Dünya böyük, yollar cətin,
Çıgırı var hər sənətin.
Dərd yükünü kainatın
Gapanında cəkmək olur.
Sevilən çox, sevən çoxdur,
Əzab çoxdur, divan çoxdur.
Təbiəti duyan çoxdur, –
Belə urək tək-tək olur!
Rəfail Qəribov
Texniki elmlər doktoru,
professor