“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər”.
APA-nın məlumatına əsasən, bunu Ermənistan prezidenti Serj Sarkisyan Tbilisidə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.
S.Sarkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.
G.Marqvelaşvili öz növbəsində deyib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır.
***16:36
Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana rəsmi səfəri başlayıb.
Tbilisi beynəlxalq hava limanında S.Sarkisyanı xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər qarşılayıb.
İki günlük səfər çərçivəsində S.Sarkisyan Gürcüstan prezidenti, baş naziri, parlament sədri və patriarx II İlya ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Ermənistan dövlət başçısının Gürcüstanda yaşayan erməni icmasının nümayəndələri ilə görüşü də nəzərdə tutulub.
Müstəqil.Az