Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı görüş keçirdiyini və münasibətlərin canlandırılması üçün qarşılarında duran imkanları müzakirə etdiklərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Mişel bu haqda Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Zirvə Toplantısı öncəsi Prezident Ərdoğanla keçirdiyi görüşlə bağlı tviter hesabından etdiyi açıqlamasında yazıb:
“Aİ-Türkiyə əməkdaşlığını yenidən gündəmə gətirmək və əlaqələrimizi canlandırmaq üçün qarşıda duran imkanlardan danışdıq”