Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qarabağ münaqişəsi zonasında son eskalasiya ilə əlaqədar Ermənistan və Azərbaycan liderləri ilə sıx təmasdadır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews” Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaara istinadən məlumat yayıb.
Məlumata görə, Mişel artıq Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb və yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq.
Qeyd olunur ki, Şarl Mişelin komandası və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar dialoq yolu ilə dərhal gərginliyin azaldılması və gündəmdə olan bütün məsələlər üzrə irəliləyiş əldə etmək üçün son günlər hər iki tərəflə sıx təmasda olub.