SSRİ-nin dağılmasında əsas günahkar Mixail Qorbaçovdur.
Müstəqil.Az xəbər verir ki, bu sözləri rusiyalı siyasətçi, Boris Yeltsinin müşaviri olmuş Sergey Şaxray deyib.
Şaxrayın sözlərinə görə, müqavilə yalnız SSRİ-nin dağılmasını rəsmiləşdirdi, lakin dağılmasının səbəbi o deyildi.
“Bu, təcili yardımla gələn həkimi mərhumun ölüm sənədini yazmaqda günahlandırmağa bənzəyir. Həkim hansı kağıza imza atdığını başa düşdümü?”
Şaxray bildirib ki, artıq 1991-ci ilin payızında SSRİ-ni qorumaq üçün bütün şanslar tükənmişdi:
“Bunun əsas səbəbi Sovet İttifaqı Kommunist Partiyasının 1 oktyabra qədərki sürətli süqutu idi. Bu prosesi Qorbaçov başlatdı. QKÇP-dən incimiş halda Forosdan Moskvaya gələrək baş katib vəzifəsindən istefa verdi. Və bütün vicdanlı kommunistlərə partiyadan çıxmağı təklif etdi”.
Qeyd edək ki, RSFSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü, xalq deputatı, Yeltsinin müşaviri, Rusiya NK sədrinin müavini S.Şaxray Belovej müqaviləsinin (SSRİ-nin süqutu və Rusiya, Ukrayna və Belarus arasında MDB sazişi) hazırlanmasında və imzalanmasında iştirak edib.
Kamran Ədalət