Çində COVID-19-a qarşı saxta “peyvənd” istehsal edən cinayətkar qrup aşkarlanıb.
Müstəqil.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt Pekin, Şanqdonq və Cianqsu şəhərlərində 3 mindən çox saxta peyvənd tapılıb. Əməliyyat çərçivəsində 80-dən çox adam həbs olunub.
Polis qrup üzvlərinin 2020-ci ilin sentyabrından bəri saxta əsaslı peyvəndlər istehsal edərək daha yüksək qiymətə satdıqlarını və böyük qazanc əldə etdiklərini bildirib.
Qeyd edək ki, hazırda Çində “Sinovac” və “Sinopharm” adlı iki peyvənd qanuni istehsal olunur.(Publika.az)