Almaniya polisi regonda yük maşın sürücülərinə qarşı soyğunçuluqla bağlı müraciət edib.
Oxu.az xəbər verir ki, bu qurbanlardan biri də Azərbaycan vətəndaşı olub.
Mayın 3-də saat 22 radələrində 50 yaşlı azərbaycanlıya polis geyimində bir şəxs yaxınlaşıb və ondan sənədlərini tələb edib. Saxta polis azərbaycanlının sənədlərini yoxladıqdan sonra maşında axtarışlar aparıb və 8,5 min avro pulunu götürüb.
Hazırda region polisi cinayətkarların axtarışı ilə bağlı əməliyyat keçirir.
Müstəqil.Az