Azərbaycan-Macarıstan matçının əsas hissəsinə əlavə edilən dəqiqələrdə millimizin vurduğu qol hesaba alınmayıb.
Müstəqil.Az xəbər verir ki, Avro-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler qayda pozuntusunun olduğunu əsas gətirərək (əllə oyun), qolu hesaba almaqdan imtina edib.
Lakin sonradan hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.
O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.
Müstəqil.Az