Şayman Aruzla görüş – SUMQAYITDA

Şayman Aruzla görüş – SUMQAYITDA

Qış fəslinin yenicə girdiyi,şaxtanın qılınc kimi kəsib, küləyin tüğyan elədiyi bir vaxtda Sumqayıtda- Heydər Əliyev Mərkəzində çox isti bir ab- hava hökm sürürdü.

Müstəqil.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi,Heydər Əliyev Mərkəzi və Sumqayıtlı ” Dostlar” klubunun birgə təşkilatçılığı ilə AYB- nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri və müşaviri, tanınmış şair,yazıçı Şayman Aruzla görüş keçirildi.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamladıqdan sonra qonaqları təqdim etdi.


Tədbirdə Azərbcan Yazıçılar Birliyinin Baş müşaviri Rauf Aslanov,şair Daməd Salmanoğlu,tənqidçi Əsəd Cahangir və Güneyli ozan Araz Elsəs iştirak edirdi.
Çağdaş Azərbaycan tənqidinin sayılıb – seçilən nümayəndəsi Əsəd Cahangir Sayman Aruz şəxsiyyətindən və yaradıcılığının məziyyətlərindən geniş və əhatəli danışdı.
Qonaqlar və sumqayıtın qələm adamları- Ofelya Babayeva, Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Xəqani Abbasəli Öztürk, Fazil Abbasquluzadə, Hümbət Həsənoğlu, Xatirə Fərəcli çıxış edərək indiki vaxtda belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.


Sayman Aruzun şair Nazir Rüstəm, AYB- nin gənc üzvü Gülnar Hüseynova və şairə Lilpar Cəmşidqızının ifasında səslənən qəzəlləri məclisə başqa bir rəng qatdı.İsveçrədə yaşayan Güneyli ozan Araz Elsəsin saz üstə oxuduğu türkülər hər kəsi kövrəltdi.
Burda Azərbaycan ruhu bütövləşmişdi,birləşmişdi.31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində keçirilən bu görüş vətən üçün qəlbi döyünən hər kəsə qürurverici anlar bəxş etdi.
Tədbir boyu Sayman Aruz iştirakçıların suallarını cavablandıraraq,yeni şeirlərini oxudu.
Sonda AYB Sumqayır bölməsinin sədri Gülnarə Cəmaləddin Sumqayıtda şəhər rəhbərliyi tərəfindən sözə sənətə yüksək dəyər verildiyini söyləyərək, qonaqlara və tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Müstəqil.Az

Share: