“Şeirli günlər” layihəsi Xİ

“Şeirli günlər” layihəsi Xİ

Müstəqil.Az Səlim Babullaoğlu və Hüseyin Duyğunun təqdimatı və tərcüməsində növbəti Danimarka şairinin 3 şeirini təqdim edir

 Laus Strandbi Nilsen/Laus Strandby Nielsen


Tanınmış Danimarka şairi, sənətşünaslıq tarixi üzrə elmlər doktorudur.
2 dekabr 1944-cü ildə Olborqda anadan olub.
“Tez gəl” (1971) şeirlər kitabı ilə ədəbi debüt edib. “Bir yuxudaymış kimiyəm” (1982), “ Qara divar” (1987 ), “Gülünc yemək və başqa şeirlər” (1989 ), “Boşluq” (1999), “Eşq şeirləri” (2006) və başqa şeir kitablarının müəllifidir.
Ömürlük Statens Kunstfonds qrantına (2013), Danimarka Akademiyasının Beatris Mükafatına layiq görülüb.

 

 

Ovunmaq üçün

Az öncə dişlədiyim alma
öz dərin ağ yarasından
deyir ki mənə:
— Ovunmaq üçün yeyirsən!

Düz deyir alma,
ovunmaq üçün yeyirəm,
ovumaq üçün yatıram,
ovunmaq üçün işləyirəm…

Ey gözümün nuru,
ovunmaq üçün sevdiyim sevgilim,
bu günlər də az olsun ovunmaq üçün
səni görə bilmirəm.

İndi isə ovunmaq üçün
almaya uyğun tək izahı
elə buraya yazıram:
Ovunmaq üçün yaşayıram!

 

***

Axmaqca lal bir sual
verdim sənə:
—Həyatında
yerim varmı mənim?
Lal bir sualla
izah verdin:
—Həyatımda
özümün bir yerim varmı?
İzahın
lal etdi məni.

 

***

Bolluq deyil,
daşqındır
sənin mənə yaşatdığın.
Sərhədlərimi aşdım,
kiçildim.
Məndə oyandırdığın
bu duyğulara
dar gəlir gövdəm.
Ona görə
səninlə bölüşmək gərəkdir
sən yanımdaykən
daha artan
dadına doymadığım
bu bənzərsiz duyğuları.

 

 

 

Share: