Seksin ürək fəaliyyətinə olan təsiri…

ABŞ-ın Serdars-Sinay Ürək Universitetinin elm adamları ilk dəfə seksin ürək fəaliyyətinə olan təsirini araşdırıblar.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, alimlər seksin ürəyin ani olaraq dayanmasına səbəb olduğu hadisələrin nadirən ola biləcəyi qənaətinə gəliblər.

 

Araşdırma zamanı 4557 ani ürək dayanması hadisəsi nəzərdən keçirilib və bu hadiəsələrdən sadəcə 34-nün cinsi münasibət zamanı və ya cinsi əlaqədən 1 saat sonra baş verdiyi ortaya çıxıb. Daha bir diqqət çəkən məqam isə bu hadisələrin qurbanlarından 32 nəfərinin kişi olması olub. Bu kişilər isə orta yaşlı və qaradərili olublar.

 

Araşdırma zamanı o da bəlli olub ki, cinsi əlaqə əsnasında və ya ondan dərhal sonra yaşanan ürək dayanmasının qarşısını almaq üçün partnyorların sadəcə üçdən biri ürək masajı edib.

Ürək dayanması necə baş verir?

Ürəyin ani olaraq iş fəaliyyətini dayandırması insanın şüurunun qapanmasına səbəb olur və nəfəsi kəsilir. Ürək masajı edilməsə, həmin insan dünyasını dəyişir.

İnfarktla fərqi

Ani ürək dayanmasından fərqli olaraq, infarkt zamanı ürəyə qan getmir. Seksin ürək infarktına səbəb olduğu faktlar artıq alimlərə məlumdur.

İngiltərə Ürək Vəqfi ürək infarktı və ya əməliyyatı keçirən insanlara 4-6 həftə cinsi əlaqədən uzaq durmalarını tövsiyə edir.

 

Müstəqil.Az

Share: