Müğənni Selena Qomez bir müddət əvvəl qolundan əməliyyat olunduğunu etiraf edib.
Kulis.az “Deadline”na istinadən xəbər verir ki, ifaçı bu barədə İnstaqram hesabında yazıb.
“Məni sadəcə musiqi xoşbəxt edir. Qolumu sındırdım və əməliyyat olundum. Hər şey yaxşıdır”.
Qeyd edək ki, müğənninin mahnısı “Billboard Hot 100″ün 20-liyinə daxil olub.