“Beşiktaş” Superliqada “Adana Dəmirspor”a səfərdə 4:2 hesabı ilə uduzub.
“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş matçın sonunda komanda oyunçusu Salih Uçana sərt reaksiya verib.
Təcrübəli məşqçi Uçanı rəqib komandanın heyəti ilə əl sıxarkən itələyib. Saleh baş məşqçiyə vəziyyəti izah etmək istəsə də, Günəş ona əl hərəkətləri ilə tez soyunub-geyinmə otağına getməyi tapşırıb.