Sentyabrın 15- Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edildiyi gün

Sentyabrın 15- Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edildiyi gün

Bu gün, Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edilməsinin ildönümüdür.

Müstəqil.Az bildirir ki, bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası “Türk şəhidliyi” abidəsini ziyarət edib. Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı ilə birgə partiya üzvləri Bakının azad olunmasında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə və abidə önünə tər güllər, əklillər qoyulub, ermənilərin ötən əsrdən indiyədək azərbaycanlılara qarşı törətdikləri terror və vandallıq aktlarından bəhs olunub. Bildirilib ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də dünyanın şər güclərinə qarşı Azərbaycan Türkiyə qardaşlığı ayaqdadır.

Müstəqil.Az

Share: