Sentyabrın son həftəsi Beynəlxalq Dəniz günü kimi qeyd olunur

1978-ci ildən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsinə qərar verilib.

Dünya Dəniz Gününün məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir. Günün ən mühüm vəzifələri isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.

Azərbaycanda da sentyabrın sonuncu həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur.

Müstəqil.Az

mənbə: SeaNews.az

 

Share: