SEPAH-ın müşaviri Suriyada İsrailin hücumu zamanı öldürülüb

SEPAH-ın müşaviri Suriyada İsrailin hücumu zamanı öldürülüb

SEPAH-ın müşaviri Suriyada İsrailin hücumu zamanı öldürülüb

İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Seyid Razi Musəvi İsrailin Suriya ərazisinə endirdiyi zərbə nəticəsində ölüb.

xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“İsrailin bir neçə saat əvvəl Dəməşqin ətrafına hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı təcrübəli və ən yaşlı müşavirlərindən biri Seyid Razi kimi tanınan Seyid Razi Musəvi öldürülüb”, – məlumatda deyilir.

Agentlik qeyd edir ki, Musəvi 2020-ci ildə ABŞ-ın İraqa hücumları zamanı həlak olan İran ordusu generalı Qasım Süleymaninin müttəfiqi olub.

Share: