Separatçı rejim Paşinyanı yıxıb-sürüdü – Gərginlik

Ermənistan və Qarabağ separatçıları arasında gərginlik var.

Müstəqil.Az xəbər verir ki, bu etirafı “168 Jam” qəzetinə açıqlamasında qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyan deyib.

“Müəyyən gərginlik var və bunu danmaq olmaz. Bu gərginliyi Qarabağ yaratmayıb. 8 may 2018-ci ildə Paşinyan baş nazir seçiləndən bir gün sonra Xankəndiyə gəldi və biz yeni baş naziri çox isti qarşıladıq. Həmin gün gündəm məsələlərin müzakirəsi zamanı biz Ermənistan hökumətinin iradəsinə zidd çıxacağımız heç bir məsələyə belə toxunmadıq. Eyni isti münasibəti biz növbəti görüşlərdə də davam etdirdik. Xankəndiyə son səfərindən sonra Paşinyan hansı əsasla torpaqları verməyə hazır olan qüvvələrin olduğunu deyir? Biz bunu anlamırıq”, – deyə o bildirib.

O, həmçinin Paşinyanın “Qarabağın taleyini xalq həll etməlidir” çıxışı ilə məsuliyyəti üzərindən atmağa çalışdığını deyib.

Müstəqil.Az

Share: