Serbiya prezidenti parlamenti buraxdı

Serbiya prezidenti parlamenti buraxdı

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Milli Assambleyasını buraxıb və aprelin 3-nə növbədənkənar seçkilər təyin edib. Bu barədə xarici KİV-lər məlumat yayıb. 

Vuçiç müvafiq sənədi ölkənin milli televiziyası ilə canlı yayımda xalqa müraciəti zamanı imzalayıb.

“Mən indicə parlamentin buraxılması ilə bağlı sənədi imzalamışam və Serbiya Konstitusiyasına, “Serbiya Prezidenti haqqında” qanuna və “Xalq deputatları haqqında” qanuna əsasən, seçkilərin təyin edilməsi barədə qərar qəbul edirəm. Mən seçkiləri 2022-ci il aprelin 3-nə təyin edirəm”, – deyə Serbiya lideri əlavə edib.

Müstəqil.Az

Share: