“Şeremetevo” hava limanında qəza enişi zamanı yanan təyyarədə ölənlərin meyiti çıxarıldı..- 41 ölü

Moskvanın “Şeremetevo” hava limanında qəza enişi zamanı yanan”Sukhoi Superjet 100″ təyyarəsinin göyərtəsindən ölənlərin hamısının meyiti çıxarılıb.

Təcili Xidmət orqanlarının məlumatına görə, bu ana qədər 41 meyit çıxarılıb. Onların əksəriyyəti tanınması və ekspertiza aparılması üçün Moskvada məhkəmə ekspertizasının morquna çatdırılıb. Qəza zamanı təyyarədə 73 sərnişin və 6 ekipaj üzvü olub. 37 nəfər təyyarədən sağ çıxarılıb. Ölənlərdən biri ABŞ vətəndaşı,  iki nəfər isə ekipaj üzvüdür.

Qəza yerində təcili görülməli olan işlər tamamlanıb. Hazırda “Şeremetevo” hava limanında tədricən adi iş rejimi bərpa olunur.

Qeyd edək ki, təyyarə dünən axşam saatlarında ildırım vurması nəticəsində qəzaya uğrayıb.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetevo” hava limanına qəza enişi edib. Təyyarə iki dəfə uçuş zolağına çırpılıb.

Share: