Rus vətənpərvər qısa müddətdə Mİ6 agentinə necə çevrildi? Hər şey puldan başladı. Müşahidəçilər belə deyir…
İçki düşkünü, satqın, əsgər, xəfiyyə, agent, ikiqat agent, məhkum, kəşfiyyat əməkdaşı, sui-qəsd hədəfi… Rus xüsusi xidmət orqanının verteranı, sonradan onun qatı düşməni və hazırda çox güman ki, bu xəfiyyənin qurbanı. Yetərincə ziddiyyətli bir şəxsiyyət.
Təxminən bir müddət bundan qabaq kəşfiyyat icmasının daxilində olan çox az adam indi Salisbury xəstəxanasında qızı ilə birlikdə zəhərləndikdən sonra ölüm ayağında xəstə yatan agent Sergey Skripalın həqiqi həyat hekayəsindən xəbərdar idi. Çox qısa zamanda o, bütün dövrlərin məşhur şəxsiyyəti, eyni zamanda kim tərəfindən sui-qəsd olunduğu geniş polis təhqiqatının mövzusu olan ən məşhur agentə çevrildi.
Soyuq müharibənin həmyaşıdı olan Sergey Viktoroviç Skripal 23 iyun 1951-ci ildə Sovet İttifaqının bir parçası olan Ukraynada anadan olmuşdur. Fiziki cəhətdən sağlam, yüksək səviyyədə vətənpərvər olmaqla o, hərbi karyeranı gələcək peşəsi kimi seçdi, kəşfiyyat əməkdaşı olmazdan xeyli qabaq Skripal hərbi zabit manera və vərdişlərini özündə aşılamışdı.
1972-ci ildə Polşa və Litva arasında yerləşən Rusiya torpağı Kalininqradda mühəndislik məktəbini bitirdikdən sonra o, təhsilini davam etdirmək üçün Moskvadakı Kuybışev adına Hərbi Mühəndislik Akademiyasına daxil olur. Sonradan o fiziki göstəriciləri və təhsildə uğurlarına görə təkcə Rusiyada deyil, bütün dünyada elitar hərbi hava birləşməsi sayılan desant hissəsinə xidmət etmək üçün göndərilir.
1970-ci illərin əvvəlində o, Kalinində tanış olduğu Lyudmila Koşelnik ilə evlənir. Saşa kimi tanınan oğulları Aleksandr 1974-cü ildə anadan olur. İndi xəstəxanada onunla birgə yatan qızları Yuliya isə 1984-cü ildə dünyaya göz açır.
1979-cu ildə Sovet qoşunları Əfqanistanı işğal edir. Scripal paraşutla Əfqanistana atılır və 40-cı Ordunun komandiri olan Boris Qromovun rəhbərliyi altında bir sıra ağır döyüşlərdə iştirak edir. Rusiyanın məşhur hərbçisi və Putinin yaxın dostu olan Ordu Generalı Qromov Sergey Skripalın sonrakı həyatında dost və ağsaqqal kimi əhəmiyyətli rol oynayacaq.
Məşğul olduğu boks yarışlarının yadigarı olan sınıq burunlu və möhkəm bədən quruluşuna malik olan Skripal cəngavər təsiri bağışlayırdı. Lakin onun dərin zəkası xarici görünüşünün arxasında gizlənmişdi.
Hərbi hava qüvvələrində xidmət edərkən Skripal Rusiyanın hərbi kəşfiyyat xidməti olan Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən məxfi əməkdaşlığa cəlb olunur.
QRU Rusiyada KQB-nin varisi olan Xarici Kəşfiyyat Xidmətindən (SVR) 6 dəfə çox agentura şəbəkəsinə malik ən güclu təşkilat olmuşdur və olmaqda davam edir. Təşkilat eyni zamanda 25.000-dən artıq şəxsi heyətə malik xüsusi təyinatlı qüvvəyə rəhbərlik edir. O, sputniklər vasitəsi ilə əldə edilən informasiyanı toplayır, analiz edir və birbaşa Rusiyanın nüvə portfelinə nəzarət edən 3 nəfərdən birinə-Hərbi Qüvvələrin Qərargah rəisinə məruzə edir.
QRU adətən, diplomatik örtük altında fəaliyyət göstərərək qanuni və qeyri-qanuni yollarla Rusiyanın hərbi maşını tərəfindən istifadə oluna biləcək hərbi sirləri toplamaq, agentura şəbəkəsini idarə etmək və Rusiyanın marağını qorumaqla məşğuldur.
Skripal sürətlə vəzifə pilləsində irəliləyərk, qısa müddətdə ciddi nailiyyətlər əldə edir. 1990-cı il o, QRU-nun yüksək rütbəli zabiti kimi Maltaya ezam olunur. Malta məxfi əməkdaşlığa cəlb etmə, zəruri məlumat toplama baxımında Skripal üçün geniş imkanlar açır. Eyni zamanda Skripal Maltada öz bilik və bacarığını tam gücü ilə nümayiş etdirə bilir. Çox çəkmir ki, Skripal yüksək rütbəli zabit kimi Rusiyanın İspaniyadakı Hərbi attaşeliyinin ofisinə ezam olunur.
Çox keçmir ki, məlumat toplamaq sahəsində fəallığı İspaniyanın xüsusi xidmət orqanı olan Milli Kəşfiyyat Mərkəzinin (CNİ) diqqətini cəlb edir. Onun ətrafında agentura əməliyyatı başlanılır. Bu dövrlər Yeltsinin Rusyanın prezidenti olduğu dövrlər idi və xaricdə fəaliyyət göstərən əməkdaşlar üçün sınaq dövrü idi. Maaşlar gec-gec verilir və ya ümumiyyətlə verilmirdi. Skripal CNI tərəfindən pula meylli adam kimi səciyyələndirilir və bu zəif nöqtəsindən ona yaxınlaşmaq haqqında qərar qəbul olunur. “Luis” kimi təqdim olunan şəxs birgə biznes qurmaq və İspan çaxırını xaricdə satmaq təklifi ilə ona yaxınlaşır. Rusiyada biznes tərəfdaşlar tapmaq müqabilində Skripala külli miqdarda mükafat vəd olunur.
Müəyyən müddətdən sonra Skripal hərbi kəşfiyyat zabiti olduğunu açıqlayır və Luis soyyuqqanlı davranır və bildirir ki, biznesdə sahəsində bu faydalı olar.
Eyni zamanda Luis hesab edir ki, Skripal İspaniya Xüsusi Xidmət orqanları ilə işgüzar münasibətdə olan Mİ6 tərəfindən idarə olunsa daha faydalı olardı.
Agent mülki şəxs örtüyündə çıxış edən ikinci agentə ( NOC- or non-official cover, xəfiyyə jarqonunda –qeyri-rəsmi örtük) ötürülür. İki şəxs onunla yaxın işgüzar münasibətlər qurur və 1995-ci ildə Skripala Mİ6-nın kod adı- “Dərhal”( “Forthwith”) verilir.
QRU-nun həyata keçirdiyi əməliyyatlart, fəaliyyətdə olan agentlər, Moskvada və Rusiyadan kənarda xidmət edən hərbi kəşfiyyat zabitlərinin adları da daxil olmaqla tam məxfi informasiyaların ötürülməsi prosesi başlanır. Hər görüşdə ona 5000-6000 dollar pul verilir. Skripal bu pulları İspaniyadakı bank hesabına yatırır. Alınan məlumatlar analiz olunur və istiqaməti üzrə müttəfiqlərə, o cümlədən MKİ (CİA)-ya göndərilir.
İlk vaxtlar Skripalın əməkdaşlıq etmək üçün motivi pul qazanmaq idisə, sonralar bu Rusiyadakı hakimiyyətdə olan rejimə nifrətlə əvəz olundu. Münasibətdə olduğu agentlərlə dostluq münasibətlərinin yaranması əməkdaşlığa daha da ciddi stimul verirdi. Getdikcə o düzgün yolda olduğunu özünə təlqin etməyə başladı.
1-ci dərəcəli şəkər xəstəsi olan Skripal səhhətində yaranmış ciddi problemlərdən əziyyət çəkirdi və buna görə o, 1999-cu ildə Moskvaya qayıdır. QRU-nun Akvarium adlanan qərargahında o, şəxsi heyətlə iş üzrə idarənin rəisi əvəzi vəzifəsinə təyinat alır. Bu vəzifə imkan verirdi ki, Skripal son dərəcə məxfi olan məlumatları Mİ6-ya ötürsün. Müalicə olunmaq bəhanəsi ilə Skripal tez-tez İspaniyaya səfər edir, Mİ6-nın onun üçün təşkil etdiyi oteldə dincəlir və eyni zamanda ona çatacaq pulu alıb geri qayıdırdı.
Təbiətən şən əhval ruhiyyəli və spirtli içkilərə meylli olan Skripal görüşlərini bar və restoranlarda keçirir və bununla da yaxşı-yeyib-içən kimi təsvir olunurdu. Gülərüz və sakit təbiətli Skripal gərgin vaxtlarda tamam dəyişirdi. Bir dəfə o təcil görüş tələb edir. Onun təhlükə ilə üzləşdiyini düşünən zabit dərhal İspaniyaya üçür. Məlum olur ki, Skripala 10.000 dollar pul lazımdır. Növbəti gün bu məbləğ ona çatdırılır.
Xəstəliyi ilə əlaqədar İspaniyaya səfər edə bilmədiyi vaxtlar arvadı lyudmila onu əvəz edirdi . Ərinin məxfi işlərindən xəbəri olmadığına görə o, elə hesab edirdi ki, bu pullar ərinin biznes fəaliyyətində gələn gəlirdir.
Polkovnik rütbəsində 2000-ci ildə QRU-dan tərxis olunan Skripal qısa müddətdə Xarici İşlər Nazirliyində işə düzəlir. Eyni zamanda QRU-da ehtiyat zabit kimi qalırdı.
Onun Əfqanistandakı keçmiş komandiri Qromov1989-cu ilin fevralında Amu-Dərya çayını keçərək bu ölkəni tərk edən sonuncu sovet hərbçisi olmuşdur. 2000-ci ildə çox nüfuzlu və geniş əlaqələrə malik olan general Moskva vilayətinin qubernatoru olur. O eyni zamanda Putinin dostu və müttəfiqi idi. Əfqan veteranları hər zaman bir-birinə yardım edirdilər və Qromov Skripalı yanında işə dəvət edir.
Yeni vəzifə məxfi məlumatların toplanması və Mİ6-ya ötürülməsi cəhətdən əlverişli olmasına baxmayaraq, o yenə də hərbi məlumatların toplanması ilə məşğul olurdu. QRU-dan olan dostları ilə tez-tez görüşür və zəruri hesab etdiyi məlumatları toplayaraq İngiltətərəyə göndərirdi. O şəhər ətrafında ev tikməyə başladı, lakin bu zaman çox ehtiyatlı hərəkət edir , gözə girməməyə çalışırdı.
Nəhayət İspaniyadakı məxfi fəaliyyəti onun sonunu yaxınlaşdırdı. İspaniya kəşfiyyat xidmətinin əməkdaşı Roberto Florez Qarcia Ruslara Skripal və İngilis-İspan əməliyyatı barədə məlumat verdi. Florez sonradan satqınlıq ittihamı ilə 12 illik həbs olundu. Florezin ifşa olunması məsələsi də Britaniya kəşfiyyatının tədqiq etdiyi maraqlı hadisələrdəndir. Bəlkə də Rusiya xüsusi xidmət orqanlarının içindən kimsə Skripal haqqında məlumatı sızdırmışdı.
Hər halda, Rusiya tərəfi Skripakın izinə çoxdan düşdükləri haqqında iddia irəli sürürlar. Lakin bu iddi yetərli hesab olunmur. Mİ6 tərəfindən Skripalın striptiz kluba götürülüb şantaj vasitəsi ilə əməkdaşlığa cəlb olunması iddiası da təbliğat vasitəsi olmaqla məntiqsizdir.
2004-cü ilin avqustunda Skripal Moskvada evinin yaxınlığındakı Krılatskoe rayonunda həbs olunur. Onun həbs olunması prosesi bütün telekanallarda nümayiş etdirildi.
İki ildən sonra Skripal Vətənə xəyanət maddəsi ilə mühakimə olundu. Verilən məlumata görə o, 300 agentin adlarını Mİ6-ya bildirmişdi. 13 il azadlıqdan məhrum edildi və bu cəza xəstəliyinə və istintaqla əməkdaşlıq etdiyinə görə yüngülləşdirilmiş cəza idi.
Skripal vətənə xəyanət maddəsi ilə günahlandırılan və həbsxanaya atılan xüsusi xidmət orqanlarının əməkdaşlarının əksəriyyətindən fərqli olaraq həbsxanada sona qədər qalmadı. 2010-cu ilin iyulunda Mİ6-nın agenti Rusiya Federasiyası Prezidenti Dimitri Medvedyev tərəfindən əfv olunan və Amerika Birləşmiş Ştatlarında ifşa olunub tutulan 10 yatmış agentlərlə dəyişdirilən 4 nəfərdən biri oldu. Bu on nəfərin arasında məşhur Anna Chapman da var idi.
Anna Çapman
Skripal ilə birlikdə azad olunan və Qərbə göndərilənlər alim İqor Sutyaqin, digər xüsusi xidmət orqanı əməkdaşı Aleksandr Zaparojski və Gennadi Vasilenko idilər.
Amerikanın aktivində olmaması Skripalın dəyişdirilənlərin siyahısına salınması məsələsini bir qədər şübhəli göstərir. Britaniya bunu elə izah edir ki, Skripal ötürdüyü informasiyalardan MKİ də faydalanmışdır. Buna görə Mİ6 onun siyahıya salınmasını təkid etmişdir.
Ailəsi ilə birləşən Skripal Salisburidə məskunlaşdı və çox ehtiyatlı hərəkət etməyə başladı. O, Rusiya vətəndaşları ilə kontaktdan qaçır və qapalı həyat tərzi keçirirdi.
Deyilənlərə görə Skripal eyni zamanda Mİ6-da mühazirə oxuyur və müəyyən adamlarla əlaqə saxlayırdı.
Skripal Britaniyay köçəndən 1 il sonra onun arvadı Lyudmila xərçəng xəstəliyindən dünyasını dəyişir.
Ailənin ilk evladı Aleksandr böyrək çatışmamazlığı üzündən 2017-ci ilin iyulunda Sankt-Peterburqda vəfat edir .
Qızı Yuliya mütəmadi olaraq atasını ziyarət erdir və zamanının çox hissəsini onunla keçirirdi.
Sergey və Yuliya Skripalın son dəfə nahar etdikləri bar
Mart ayının 4-də Sergey və Yuliya Skripal küçədə skamyada hüşsuz halda tapılıblar. O gündən ata və qızı ağır vəziyyətdə xəstəxanada yatırlar. Həkimlər onların Rusiyada istehsal olunan bioloji “Noviçok” zəhəri ilə zəhərləndikləri versiyası üzərində dayanırlar.
İndi Skripalın zəhərlənməsinin motivlərini aydınlaşdırmaq üçün onun bütün həyatı diqqətlə öyrənilir. Qarşıya gələn suallar yetərincə çoxdur; Kim zəhərləyib? Nə üçün? Niyə indi?
Təbi ki, Qərb dövlətləri zəhərlənmə əmrinin Moskvadan gəlməsini iddia edirlər və bu versiyanı sübut etmək üçün müxtəlif dəlillər irəli sürürlər. Ortalığa atılan versiyaları ümumiləşdirib aşağıdakı nəticəyə gəlmək olar:
- Sui-qəsd Amerika Birləşmiş Ştatlarının xüsussi xidmət orqanları-böyük ehtimalla Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən törədilib. Motiv Rusiyanı dünya dövlətlərinin gözündən salmaq, Amerika tərəfindən ona tətbiq olunan sanksiyalara digər tərəddüd edən dövlətlərin də qoşulmasını təmin etmək. Mərkəzi Kəşfiyyat İdarəsi bununla eyni zamanda Rusiyanın Trampın prezident seçkisi zamanı seçki kompaniyasına müdaxiləsinin əvəzini çıxır. Axı Rusiyaya qarşı yönəlmiş bu ittihamlar Putinin seçki prosesinə təsirsiz ötüşməyəcək. Bununla da MKİ bir növ üzərindəki ləkəni təmizləmiş olur.
- Sui-qəsd Britaniya xüsusi xidmət orqanı Mİ6 tərəfindən həyata keçirilib. Motiv Rusiyanın son illərdə artmaqda olan nüfuzunun qarşısını almaq, onun orta Şərqdə apardığı əməliyyatları dayandırmaqdır. Bununla da Amerika və Britaniyanın əvvəlki mövqelərinin qaytarılmasına nail olmaq.
- Sui-qəsd Rusiya xüsusi xidmət orqanları, QRU tərəfindən törədilib. Bu zaman sual oluna bilər: Rusiya Skripalı öldürmək fikrində idisə, nədən onu həbsdən azad edir və Qərbə çıxmasına şərait yaradırdı. Onun istər Rusiya, istərsə də Putin qarşısında ödənməmiş borcu olsaydı , belə asanlıqla Qərbə göndərilməzdi.
Digər tərəfdən, Putinin bütün dünyanın diqqətinin Rusiyaya yönəldiyi bir vaxtda belə kobud səhv buraxması məntiqli görünmür. Putin qəddardır, xəyanəti bağışlamır, düşməni sona qədər təqib edir. Amma eyni zamanda centlmen sazişini pozmağa meylli deyil. Skripal həbsdən azad olunub xaricə buraxılıbsa, deməli onunla haqq-hesab lazım olan səviyyədə çəkilib.
Hadisələrin inkişaf trayektoriyası irəli sürülən fərziyələrdən hansının reallığa daha yaxın olmasını qısa zamanda göstərəcək. Bizə isə bir az səbr etmək qalır.
Əlimusa İbrahimov
Politoloq