Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.
xəbər verir ki, bu barədə şəhərin meri Mixail Razvojayev Teleqram kanalında məlumat verib.
“Hərbi təyyarə dənizə düşüb. Mən görürəm ki, Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur. Mülki obyektlərə ziyan dəyməyib”, – Razvojayev qeyd edib.
Şəhər merinin sözlərinə görə, pilot katapult həyata keçirib. O, xilasedicilər tərəfindən sahilə yaxın ərazidən çıxarılıb, pilotun həyatı üçün təhlükə yoxdur.
Şəhərdə dənizlə sərnişin daşımaları dayandırılıb.